Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi müəyyənləşib.
7Times.az xəbər verir ki, “ay-ulduzlular” A/B Liqası pley-offunda Macarıstanla qarşılaşacaq.
Bundan başqa, Ukrayna Belçika, Avstriya Serbiya, Yunanıstan isə Şotlandiya ilə üz-üzə gələcək.
Qalib komandalar növbəti mövsüm A Liqasında, məğlublar isə B Liqasında mübarizə aparacaqlar.
Qeyd edək ki, Türkiyə millisi ilk matçını martın 20-də evdə, cavab görüşünü isə 3 gün sonra səfərdə keçirəcək. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv B Liqasının 4-cü qrupunda 11 xalla ikinci olub.
Follow @7timesaz