Ölkə

Milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupun yeni TƏRKİBİ

Milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupun yeni TƏRKİBİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında” sərəncamda dəyişikliklər edilib.

 

7Times.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

 

Sənədə əsasən, “Azərbaycan Respublikası daxili işlər nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini”.

 

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini” abzası redaktə olunaraq, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini” şəklində verilib.