İdman

Millimiz İtaliyaya yollandı

Millimiz İtaliyaya yollandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu üçün İtaliyaya yola düşüb.

7times.az  Report-a istinadən xəbər verir ki, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yığmanın Heydər Əliyev Aeroportundan çarter reysi ilə matçın keçiriləcəyi Turin şəhərinə yollandığını bildirib.

Dünən UEFA xətti ilə koronavirus testindən keçən milli üzvlərinin heç birində infeksiya aşkarlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı “Yuventus” stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.