İdman

Millimiz məğlub oldu, baş məşqçi razıdır

Millimiz məğlub oldu, baş məşqçi razıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Matçdan öncə fərqli qərarlar vermişdim. Azərbaycanda bombardir olmaqla beynəlxalq arenada oynamaq fərqlidir. Fiziki baxımdan güclü rəqibə qarşı oynayırdıq. Hücumçulardan razı qaldım. İkinci hissədə ön xətti gücləndirdim. Təəssüf ki, Mahir Emreli zədələndi və meydanı tərk etdi.

7times.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları DÇ-2022-nin seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis özünü yaxşı hiss etdiyini bildirib:

“Təbii ki, nəticəyə görə narahatam. Fərqli nəticə arzu edirdik. Mitroviç 3 oyunda 5 qol vurub. 4 qol epizodumuz oldu. Təəssüf ki, yararlana bilmədik. Fərq də bundadır. Futbolçulara oyundan sonra təşəkkürümü bildirdim. Komandamdan razı qaldım. Əminəm ki, bizdə hər şey alınacaq. Bəzən səhvlər bizə baha başa gəlir”.