İdman

Millimiz Portuqaliyaya məğlub oldu – VİDEO

Millimiz Portuqaliyaya məğlub oldu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması səfərdə Portuqaliyaya 0:1 hesabı ilə uduzub.

7times.az xəbər verir ki, A qrupunda yer alan Canni De Byazinin başçılıq etdiyi kollektiv İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda Portuqaliya yığması ilə qarşılaşıb.Oyunda hesab 36-cı dəqiqədə açılıb. Kanselunun ötürməsindən sonra qolkiperin uzaqlaşdırmaq istədiyi top kapitan Maksim Medvedəvə dəyərək qapıya daxil olub.