İdman

Millimiz səfərdə İrlandiya ilə heç-heçə etdi

Millimiz səfərdə İrlandiya ilə heç-heçə etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan millisi DÇ-2022-nin  seçmə mərhələsində növbəti oyununa çıxıb.

7times.az xəbər verir ki, yığmamız A qrupunda 5-ci turda səfərdə İrlandiya ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. İlk hissəyə əlavə edilən dəqiqədə Emin Mahmudov möhtəşəm zərbə ilə millimizi önə keçirib. İkinci hissədə isə qonaqlar 87-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.

Yığmamız növbəti görüşünü sentyabrın 7-i Bakıda Portuqaliyaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.

4 sentyabr

20:00. İrlandiya – Azərbaycan – 1:1

Qollar: Duffi, 87 – Emin Mahmudov, 45+1

Dublin. “Aviva” stadionu

20:00. Serbiya – Lüksemburq – 3:1 (İkinci hissə)

Qollar: Mitroviç, 22 (1:0), 35 (2:0), Thill, 77 (2:1), Şano, 81-avtoqol (3:1)