Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
7times.az xəbər verir ki, komandamız Levice şəhərində Slovakiya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində Everton Cardoso fərqlənib.
Bu görüşdən sonra xallarının sayını 13-ə yüksəldən millimizin qrupu ilk pilədə başa vuracağı dəqiqləşib. Seçmə mərhələnin son oyununda Azərbaycan yığması aprelin 14-də Bakı İdman Sarayında Yunanıstan millisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, ötən tur Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Follow @7timesaz