İdman

Millimizin oyununun vaxtı dəyişdirildi

Millimizin oyununun vaxtı dəyişdirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova və Azərbaycan milli komandaları arasında Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.

7times.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məlumata görə, yoldaşlıq oyunu Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra – iyunun 6-da təşkil olunacaq.