Azərbaycan millisinin və “Vulverhempton”un futbolçusu Renat Dadaşovun klubundakı illik qazancı məlum olub.
7Times.az xəbər verir ki, bu barədə “sportspayouts.com” saytı məlumat yayıb. 22 yaşlı hücumçunun həftəlik 21 min funt-sterlinq (49 min manatdan çox) qazandığı bildirilib. Renatın “Vulverhempton”da illik məvacibi 1 milyon funt-sterlinqdən (2 milyon 340 min manatdan çox) çoxdur.
Qeyd edək ki, Dadaşov 2019-cu ilin yayında “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.
Follow @7timesaz