Portuqaliya millisinin üzvü Rikardu Pereyra DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla matçı buraxacaq.
7Times.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin bu mərhələdə İrlandiya və Azərbaycanla matçda iştirak edə bilməyəcəyi bildirilib. O, zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə Nelson Semedu tərkibə daxil edilib.
Xatırladaq ki, bir müddət əvvəl “Lill”in yarımmüdafiəçisi Renatu Sanşeşin də zədə səbəbindən Portuqaliya millisinin sentyabrda keçiriləcək matçlarında iştirak edə bilməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu 20:00-da başlayacaq.
Follow @7timesaz