Ölkə

Mingəçevirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var + FOTOLAR

Mingəçevirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var + FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

 

Sfera.az-ın məlumatına görə, “VAZ-2107” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu ölüb.

 

Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

12:58

 

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7Times.az -ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı “VAZ-2107” markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı avtomobillə toqquşub.

“VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hadisənin təfərrüatı araşdırılır.(Report)