Siyasət

Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi

Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 2-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən 7times.az-a verilən məlumata görə, nazir müavini İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Araşdırma və İnnovasiya təşkilatının rəhbəri cənab Möhsin Fəxrizadənin qətlə yetirilməsi ilə əlaqədar səfirlikdə açılmış başsağlığı kitabını imzalayıb.

O, Azərbaycanın Müdafiə Nazirliyi adından İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, Müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.