Ölkə

“Müəllimlərin hamısının qadınlardan ibarət olması 20-30 il sonra problemlərə səbəb olacaq” – Ekspert

“Müəllimlərin hamısının qadınlardan ibarət olması 20-30 il sonra problemlərə səbəb olacaq” – Ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllimlərin hamısının getdikcə qadınlardan ibarət olması xalqımıza 20-30 il sonra qaça bilməyəcəyi ciddi problemlər yaşadacaq».

Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, məktəblərə kişi müəllimləri qaytarmaq üçün müəllimlərin əmək haqqına mütləq yenidən baxılmalıdır:
“Heç bir kişiyə məcburi demək olmaz ki, al bu 500 manatı, gəl müəllim işlə. Ya ciddi maaş artımı, ya da əlavə stimullaşdırıcı addımlar vasitəsilə mütləq müəllim kontingentinin cins tərkibinin qadınlaşmasını əngəlləmək lazımdır”.
Ekspert əlavə edib ki, mövcud problem bir müddət sonra millətin deqredasiyasına səbəb olacaq çox qorxulu tendensiyadır.