Maqazin

“Müğənni olmaq fikrində deyiləm”

“Müğənni olmaq fikrində deyiləm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqqasə Fatimə Fətəliyeva diqqət çəkən açıqlama edib.

OLAY yazır ki, o, “Özəl mətbəx” verilişində rəqsdən uzaqlaşdığını düşünənlərə cavab verib.

“İnsanlarda çaşqınlıq olmasın. Çox vaxt deyirlər ki, Fatimə xanım rəqs sənətini atır. Sabah, məsələn, çəkilişim var, mən orada rəqqasə olacağam. Mən müğənni olmaq fikrində deyiləm. Xınalar, məclislər üçün oxuyuram. Mən müəllim, vokalist yanına getməmişəm. Səsimin üzərində işləmirəm. Bəlkə, işləsəm, düzələr”, – deyə, Fətəliyeva söyləyib.

Qeyd edək ki, Fatimənin məclislərdə ifa etdiyi “Yamansan”, “Salam aleykum” kimi bir sıra mahnıları var.