Aktual

“Müharibənin qarşısını ala bilərdik, amma…” – Paşinyandan ETİRAF

“Müharibənin qarşısını ala bilərdik, amma…” – Paşinyandan ETİRAFbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Biz görürük ki, danışıqlar prosesi sürətli nəticə verməyə bilər. Lakin proses sürətli nəticə verməsə, dayana bilər. Bunun qarşısını almaq üçün hər şeyi etməliyik”. 
Sfera.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan deputatlara müraciətində deyib.
Paşinyan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə toxunub:
“Biz İran və Gürcüstanla ənənəvi aktiv əlaqələrimizi intensivləşdirməyə çalışırıq, Azərbaycan və Türkiyə ilə də danışıqlara başlayırıq. Təbii ki, burada heç bir illüziyamız yoxdur. Aydındır ki, danışıqların real dialoq məqsədi ilə davam etdirilməsi zərurətdir”.
Dağlıq Qarabağda Azərbaycanla müharibənin qarşısını almaq mümkün olub-olmaması ilə bağlı suallara cavab verən Paşinyan:
“Bu gün deyirlər, siz müharibənin qarşısını ala bilərdinizmi? Biz müharibənin qarşısını ala bilərdik və nəticədə, təbii ki, itkisiz yenə eyni vəziyyətə düşərdik”,-deyə bildirib.