Paris-2024 Yay Olimpiya Oyunları ispaniyalı cüdoçu Laurita Martines-Aelendanın həyatında unudulmaz iz qoyub.
7Times.az İdman.biz-ə istinadla xəbər verir ki, pireneyli olimpiyaçı Fransa paytaxtında evlilik təklifi alıb.
Bu, Eyfel qülləsinin önündə baş verib. İdmançı cavabını sosial şəbəkələrdə paylaşıb: “Həəəəəəə”.
İdmançı Paris-2024-də 48 kq çəkidə çıxış edib. Öncə yarımfinalda, ardınca bürünc medal uğrunda qarşılaşmada uduzan ispaniyalı 5-ci yerlə kifayətlənib. Laurita mükafatı əldən versə də, şəxsi həyatında baş verən dəyişikliyə görə Fransadan xoşbəxt qayıda biləcək.
Qeyd edək ki, ispan cüdoçu ötən il Monpelyedə keçirilən Avropa çempionatının bürünc mükafatçısıdır.
Follow @7timesaz