Cəmiyyət

Müstəntiqin rüşvət istəməsi iddiası ilə bağlı DİN-dən AÇIQLAMA

Müstəntiqin rüşvət istəməsi iddiası ilə bağlı DİN-dən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi vətəndaş Elnarə Şıxaliyevanın övladı Röyal Nuraliyevin ittiham olunduğu cinayət işi üzrə müstəntiqə 5 min manat rüşvət vermədikləri üçün oğluna ağır cəza verilməsi barədə iddialara münasibət bildirib.

DİN Mətbuat Xidmətindən 7times.az-a bildirilib ki, R.Nuraliyev 2019-cu ilin oktyabrın 2-də Nəsimi rayonunda Taleh Rüstəmovun sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq edib, daha sonra onu digər ünvana apararaq bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə ələ keçirib: “Fakta görə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanmış cinayət işi üzrə R.Nuraliyev Cinayət Məcəlləsinin 181.2.5 (quldurluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Cinayət işinin istintaqı 2020-ci il martın 26-da tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin 17 avqust 2020-ci il tarixli hökmü ilə R.Nuraliyev müvafiq maddələr üzrə təqsirli bilinərək 8 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə məruz qalması və ibtidai istintaqı aparan müstəntiqin hər hansı tələbinin olması ilə bağlı təqsirləndirilən şəxsin anasının iddiaları tam əsassızdır, həqiqəti əks etdirmir. Övladının təqsirsiz olması ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə etdiyi müraciətin xüsasatları müvafiq qaydada araşdırılmaqla təsdiqini tapmayıb”.

Qeyd edək ki, E. Şıxaliyeva açıqlamasında bildirib ki, işi aparan müstəntiq Rəvan Salayevin istədiyi 5 min manatı vermədikləri üçün ittiham ağırlaşdırılıb.