Dünya

Myanmada toqquşmalar – Əhali Tailanda köçür

Myanmada toqquşmalar – Əhali Tailanda köçürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmada son iki gündə hökumət qüvvələri ilə etnik silahlılar arasında qarşıdurma fonunda 3 minə yaxın sakin Tailandla sərhədi keçib.

 

7Times.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tailandın xarici işlər naziri Panpri Pittanukon deyib.

 

“Hazırda Myanmadan olan 3 minə yaxın qaçqın Tailanda köçüb, onların hamısı Daxili İşlər Nazirliyinin əməkdaşlarının himayəsindədir”, – nazir bildirib.

 

Qeyd edək ki, döyüşlər Myanmanın Tailandla sərhəd Myavadi şəhəri ərazisində gedir.

 

Pittanukonun sözlərinə görə, Tailand münaqişə tərəfləri arasında danışıqlar prosesində vasitəçi olmağa hazırdır.

Modern.az