Dünya

NASA-dan tarixi kəşf – “İkinci dünya” tapıldı

NASA-dan tarixi kəşf – “İkinci dünya” tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA-nın 10 milyard dollar xərclədiyi James Webb Kosmik Teleskopu (JWST), nəhayət, ilk kəşfini edib.

Modern.az xəbər verir ki, Britaniyanın İndependent qəzetində çıxan xəbərə görə, JWST Yerə çox bənzəyən bir planet kəşf edib.

Sözügedən planetin 41 işıq ili uzaqda olduğu açıqlanıb.

Alimlər planetə rəsmi olaraq “LHS 475 b” adını veriblər və planetin atmosferi ilə bağlı araşdırmalar aparmağa başlayıblar.

Yer kürəsinin diametrinin 99 faizini təşkil edən və torpaqla örtülü olan planetin atmosferinin olub-olmadığı hələlik məlum deyil.

NASA-nın TESS peykindən gələn xəbər isə “İkinci Yer”in tapılması ilə bağlı iddialara səbəb olub.

TESS peyki Yerdən 100 işıq ili uzaqlıqda bir planet kəşf edib. “TOI 700 e” adlandırılan planetin ulduzdan uzaqlığının onun səthində suyun olmasına imkan verəcəyi açıqlanıb.

Başqa sözlə, hesablamalar göstərir ki, planet yaşamaq üçün əlverişlidir.