Aktual

NASA zəlzələdən sonrakı Türkiyəni paylaşdı – XƏRİTƏ

NASA zəlzələdən sonrakı Türkiyəni paylaşdı – XƏRİTƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Aerokosmik Agentliyi tərəfindən TÜrkiyədə baş verən zəlzələdən sonra dağılan ərazilərin görüntülərini hazırlayıb

“ƏSrin fəlakəti” adlandırılan zəlzələnin baş vermə nöqtələrinin, xüsusən də Kahramanmaraş və Gaziantepdəki ərazilərin xəritəsi çəkilib.

NASA tərəfindən hazırlanan xəritədə zəlzələ ocaqları dağıdıcılıq və aktivliyinə görə xüsusi işarələrlə işarələnib. Tünd qırmızı ilə işarələnən ərazilər xüsusi dağıntıların olduğu əraziləri göstərir.

Narıncı və sari işarələr isə daha az zərər görən və zəif zəlzələ qeydə alınan əraziləri göstərir. Hər bir nöqtənin diametri təxminən 30 metrdir.

Qeyd edək ki, fevral ayının 6-da Türkiyənin 10 rayonunda dəhşətli zəlzələ baş verib. Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.