“Qərb bütün gücü ilə Ermənistanı Rusiyadan qoparmaq istəyir”.
7Times.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin brifinqdə deyib:
“Qərb Ermənistanı NATO-nun sammitinə dəvət etməklə, onu Rusiya ilə əməkdaşlıqdan qoparmaq istəyir, onların reseptlərinin Qafqazda tətbiqi regionda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır. Bu, amerikalıların öz dağıdıcı təsirlərini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin daha bir nümunəsidir. Vaşinqton dostlarımızı və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qoyub.
Regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan avroatlantikaçılar tərəfindən öz reseptlərinin tətbiqi Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır və bu, regionda dağıdıcı nəticələrə səbəb olacaq, eləcə də bütövlükdə Avrasiya təhlükəsizliyinə təhdid yaradacaq. Ümid edirik ki, Bakı və İrəvan bunu yaxşı başa düşür”, – deyə diplomat bildirib.
Follow @7timesaz