Dünya

NATO-nun sammiti bu şəhərdə keçiriləcək – Rusiyaya gözdağı

NATO-nun sammiti bu şəhərdə keçiriləcək – Rusiyaya gözdağıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika alyansının (NATO) növbəti sammiti 11-12 iyul 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.

7Times.az  xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 11-12 iyul 2023-cü ildə Vilnüsdə keçiriləcək”, – deyə TASS onun sözlərindən sitat gətirir.

Stoltenberq deyib ki, sammit zamanı NATO liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.

Qeyd edək ki, NATO-nun Rusiya ilə hazırkı gərgin münasibətləri fonunda onun növbəti sammitinin Rusiya ilə həmsərhəd (Kalininqrad vilayəti vasitəsilə) ölkədə keçirilməsi diqqətdən yayınmır.