“Hazırda NATO-ya alternativ yoxdur, lakin Avropa İttifaqı öz təhlükəsizliyini təmin etməlidir”.
7Times.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi postunu tərk edən Josep Borrell belə bir açıqlama verib.
“NATO-nun Avropanın ərazi müdafiəsini təmin etmək üçün alternativi yoxdur”, – o, X sosial şəbəkəsində yazıb.
Borrell eyni zamanda Avropa Birliyinin hərbi potensialının gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Ali nümayəndənin fikrincə, bu, öz problemlərini həll etməyə və ümumi müdafiəyə töhfə verməyə imkan verəcək.
“Aİ güclənərsə, NATO da güclənəcək”, – Josep Borrell əlavə edib.
O, daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı gələcəkdə təhlükəsizlik məsələlərində daha çox özünü təmin etməlidir, lakin bu özünü təmin etmənin nüvə amilini də əhatə edib-etməyəcəyi sualını açıq qoymuşdu.
“AzPolitika.info”
Follow @7timesaz