Aktual

Naxçıvanda ödənişsiz hüquqi yardım aksiyaları keçiriləcək

Naxçıvanda ödənişsiz hüquqi yardım aksiyaları keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyaları keçiriləcək. 

Vəkillər Kollegiyasının Mətbut xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Heydər Əliyev İli” ilə bağlı görüləcək işlər üzrə Tədbirlər Planında öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Kollegiya tərəfindən Tədbirlər Planı hazırlayıb.

Plan çərçivəsində mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunacaq.