Aynur Kərimova Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri təyin edilib.
7Times.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.
Follow @7timesaz
Qeyd edək ki, Aynur Nurəddin qızı Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr, magistr və aspirantura təhsili alıb. O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.
2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. Azərbaycan 2022-ci il “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.