Ölkə

Nazir bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ – FOTO

Nazir bu xanımı yüksək vəzifəyə TƏYİN ETDİ – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub.

 

Bu barədə 7Times.az -a Mədəniyyət nazirliyindən məlumat verilib. Bildirilib ki, sənətşünas, əməkdar mədəniyyət işçisi Əminə Məlikova bu vəzifəni icra edəcək.

 

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

 

1999–2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib.

 

2018-ci ildə “İçərişəhər” Muzey Mərkəzinin direktoru təyin edilib. Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.