Ölkə

Nazirlik daha bir məşhur qurumun qapısını MÖHÜRLƏDİ

Nazirlik daha bir məşhur qurumun qapısını MÖHÜRLƏDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.

7Times.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub;

– anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub;

– obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;

– anbar tikililərindən birindən həm anbar, həm də istehsal sahəsi kimi istifadə olunub;

– obyektin anbar sahəsində tezalışan materiallardan ibarət otaq quraşdırılıb;

– istehsalat sahəsində quraşdırılmış taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;

– anbar və istehsalat sahələrinin bəzi çıxış qapılarının qarşısı əşyalarla tutulub;

– obyektin ərazisində elektrik transformatorunun ətrafı tezalışan yanar materiallardan təmizlənməyib;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

– obyektin istehsalat və anbar sahələrində daxili yanğın su kranları tam quraşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü km ünvanında yerləşən “Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.