“Məni darıxmağa qoymayan insanların təkidi ilə yenidən səhnəyə qayıtdım. İnanıram ki, güclü olacağam ” .
“Sherg.az” “siyah_sancag”a istinadən xəbər verir ki , bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Həmin Zaur ” verilişində deyib.
Keçən il 41 yaşlı oğlu Əlini itirən sənətkarın sözlərinə görə, nə qədər şən olmaq istəsə də , içindəki yara ona yol vermir:”Yəqin ki, məni başa düşərsiniz. Əlinin özünə də dedim ki, qayıdacam səhnəyə . Əli də son nəfəsində mənə 2 söz dedi . Dedi ki, ana, haqqını halal et və səni sevənlərinin gözünü yolda qoyma. Əyilmə , sınma”.
Follow @7timesaz