“Beşiktaş”ın üzvü Aydin Hasiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vingerlə “Neftçi” maraqlanır.
Qeyd olunub ki, paytaxt təmsilçisi futbolçunu icarəyə götürmək istəyir.
Məlumata görə, “Beşiktaş” bu təklifə müsbət reaksiya verib. Belə ki, “qara qartallar” bosniyalı ilə yeni müqavilə imzalayaraq onu icarəyə göndərəcək.
22 yaşlı oyunçunun Super Liqa təmsilçisi ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, Hasiç ötən mövsümü icarə əsasında Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirib. O, 33 oyunda 9 qol vurub, 6 məhsuldar ilə yadda qalıb.
Follow @7timesaz