İdman

“Neftçi” darmadağınla liderliyə yüksəldi, “Qəbələ” uduzdu

“Neftçi” darmadağınla liderliyə yüksəldi, “Qəbələ” uduzdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

7times.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. “Keşlə”nin qonağı olan “Neftçi”  3:0 hesabı ilə qalib gəlib.

Günün son qarşılaşmasında isə “Səbail” “Qəbələ”ni qəbul edib və minimal hesablı qələbə qazanıb – 1:0.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

3 may (bazar ertəsi)

18:00. “Keşlə” – “Neftçi” – 0:3

Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

“ASK Arena”

20:15. “Səbail” –“Qəbələ” – 1:0

Qol: Amil Yunanov, 62

Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə (“Qəbələ”)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev

“ASCO Arena”