“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiakos” təmsilçimizlə cavab oyunu üçün Bakıya gəlib.
7Times.az xəbər verir ki, Yunanıstan klubu ötən gün axşam saatlarında paytaxtımıza çatıb.
“Olimpiakos”un oyunçularından Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Tikinyo, Agibu Kamara, Yan M Vila və Eqmundur Kristinsson zədə, Məhəmməd Kamara cəza səbəbindən heyətdə yer almayıb.
“Neftçi”dən isə Namik Ələskərov zədəli, Mert Çelik cəzalı olduğu üçün matçı buraxacaq.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlayacaq. Tərəflər arasında ilk oyun “Neftçi”nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Follow @7timesaz