İdman

“Neftçi” “Olimpiakos”a qarşı

“Neftçi” “Olimpiakos”a qarşıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.  

7Times.az  xəbər verir ki, Azərbaycan çempionu olan “Neftçi” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Georgios Karaiskakis stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da başlayacaq.

Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.

“Neftçi” “Olimpiakos” səddini keçsə, 3-cü mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets”(Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

21 iyul

Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Joao Pinyeyru (Portuqaliya) Pirey,

“Georgios Karaiskakis” stadionu.