Futbol üzrə Azərbaycan çempionu “Neftçi” bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.
7Times.az xəbər verir ki, Bakı klubu bu turnirin II təsnifat mərhələsi çərçivəsində Yunanıstan çempionu “Olimpiakos”la cavab oyununa çıxacaq.
Səfərdə 0:1 hesabı ilə uduzan “Neftçi”, mərhələ adlamaq üçün rəqibi üzərində mütləq inamlı qələbə qazanmalıdır.
Qeyd edək ki, bu cütün məğlubu yoluna Avropa Liqasında davam edəcək. Həmin komanda Avroliqanın 3-cü təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul
21:00. Neftçi – Olimpiakos
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1
Follow @7timesaz