İdman

“Neftçi” üçün 5 potensial cütlük

“Neftçi” üçün 5 potensial cütlükbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

7Times.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq. Ölkəmizi turnirində təmsil edən “Neftçi”nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşəcək.

2-ci təsnifat mərhələsində “Olimpiakos”a (Yunanıstan) rəqib olan Azərbaycan çempionu püşk zamanı səpələnmişlər səbətində yer alacaq.
“Olimpiakos” – “Neftçi” cütünün qalibi üçün 5 potenasial rəqib var. “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) cütü isə “Neftçi” üçün potensial rəqib sayılmır.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi
“Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi
“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) / “Srvena zvezda” (Serbiya) cütünün qalibi
“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)

Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.