İdman

“Neftçi” uduzmaqla UEFA reytinqində geriyə düşdü

“Neftçi” uduzmaqla UEFA reytinqində geriyə düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasının II təsnifat mərhələsinin oyunları UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub.

7times.az Apasport.az-a istinadla xəbər verir ki, bu, Azərbaycandan da yan ötməyib.

Türkiyə “Qalatasaray”ına 1:3 hesabı ilə uduzan “Neftçi” ölkəmizin aktivinə 0,125 xal gətirib. Bununla da 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə çatıb.

Bir gün öncə 25-ci pillədən sıxışdırdığımız Rumıniya isə mövqeyini qaytarıb. “Botoşani” və “Styaua” üst-üstə 0,375 xal yığıb. Nəticədə bu ölkənin reytinqi 16,325-ə yüksəlib. Bu isə Rumıniyanın yenidən 25-ci sıraya qayıtması, Azərbaycanın isə 26-cı yerə dönməsinə səbəb olub.