Dünən Azərbaycan derbisində «Neftçi»nin qapısına yol tapan və bununla Premyer Liqada qol sayını 19-a çatdıran Ramil Şeydayev fikrini dəyişməyib.
Millinin hücumçusu yenə də «Qarabağ»ı tərk etmək niyyətindən vaz keçməyib.
İki il öncə Ağdam klubuna ikinci dönüşünü həyata keçirən forvard rəsmilərlə söhbətində gələcəyi ilə bağlı nə düşündüyünü açıqlayıb.
O, «Neftçi» ilə danışıqlar aparmadığını, Avropadan təkliflər aldığını və həmin çağırışlardan birini dəyərləndirmək istədiyini bildirib.
Vaxtilə Türkiyə və Slovakiyada legioner həyatı yaşamış «Zenit»in yetirməsinin daha bir iddiası illik 500 min avro civarında gəlir əldə etməkdir.
SPORTİNFO.AZ
Follow @7timesaz