Ölkə

Nemət Pənahlının qızı od püskürdü: “Siz hara Nemət Pənahlını ələ salmaq hara?”

Nemət Pənahlının qızı od püskürdü: “Siz hara Nemət Pənahlını ələ salmaq hara?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Nemət Pənahlı Musavat.com-un efirində baş-ayaq dayanıb. Onun bu hərəkəti isə sosial şəbəkələrdə müzakirə edilib.

7Times.az  xəbər verir ki, Nemət Pənahlının böyük qızı Xatirə Pənahlı müzakirə edilən məsələ ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki,

“Bu gün sizlə gündəm olan video haqqında danışmaq istəyirəm. Hansı ki, bütün dərdlərinizi unutdurdu bir anlıq. Güldünüz, əyləndiniz. Çünki, bu sizin daim acizliyinizdən etdiyiniz ən gözəl addım olub. Çoxunuzun təhqirlərini belə oxudum. Var olun. Təhqir nədir ki, mən gözləyirdim ki, evimizin qabağına hücum edib bizi daş qalaq edəsiniz. Axı çox böyük bir hadisə baş verib. Nemət Pənahlı Yetim haqqı yeyib. Xalqin milli və mənəvi kimliyi ilə oynayıb. Axı niyə etmiyəsiniz? Yanıltdınlz məni. Əfsus “. O, daha sonra fikirlərini belə qeyd edib: “Nemət Pənahlının idman etməyindən başqa əlinizə daş alıb üstünə tuşlayacağınız başqa günahlar tapa bilmədiniz. Nemət Pənahlının bütün Azərbaycana örnək olacaq altı övladı var. Hansı biri ilə onu ələ salıb təhqir edə bilərsiniz? Bir siyasətçinin siyasəti ilə sevilməməsi başadüşüləndir. Sevəni və sevməyəni olacaq. Ancaq dişinizi qıcayıb onu aşağılayacağınız, ya da alçaldacağınız şeyi necə də böyük həsrətlə gözləyirmişsiniz. Çox sadə və bəsit videonu ölkədə gündəm edə bilirsiniz.
Nemət Pənahlı – onun namusu və əxlaqı ilə ad eləmiş qızı olan mənəm! Nemət Pənahlı – əzmi və gücü ilə dəfələrlə dünya çempionu olmuş oğlanlarıdır. Nemət Pənahlı – dişini qıcayıb dizinin bükülməsini gözləyən bu xalqa rəğmən türmə yollarında altı biri digərindən üstün övlad böyüdən xanımıdır. Siz hara, Nemət Pənahlını aşağılamaq, ya da ələ salmaq hara? Əgər mütləq ki, birini ələ salmaq istəyirsinizsə, nə qədər bəsitləşdiyinizi düşünüb, zavallı olduğunuzu anlayıb, aynanı qarşınıza qoyub, özünüzə baxın. Çünki haqqı yeyilən sizsiniz! Haqqınızı yeyən də Nemət Pənahlı deyil! Bəlkə də elə bilirsiniz ki, biz ailəcə matəm elan etmişik ki, niyə atamızın bu videosu paylaşılıb. Əsla. Şəxsən öz adıma deyirəm ki, mən ömrüm boyu atamın əxlaqı ilə fəxr etmişəm. Onun nə özünün, nə də ailəsinin əxlaqına toz belə qondurmaq mümkün deyil. Buna bu gün bir daha əmin oldum. Üzülmədim, üzülmürəm”.