Dünya

Niderlandda antikovid nümayişlərində polislə aksiyaçılar arasında toqquşma olub — VİDEO

Niderlandda antikovid nümayişlərində polislə aksiyaçılar arasında toqquşma olub — VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın paytaxtı Amsterdamda polislə antikovid məhdudiyyətlərə etiraz edənlər arasında bir neçə toqquşma baş verib.

Amsterdam bələdiyyəsi, prokurorluq və polis təşkilatçıların tədbirin təhlükəsiz keçirilməsinə təminat verməkdən imtina etdiklərinə görə nümayişi qadağan edib.

Buna baxmayaraq, minlərlə etirazçı bazar günü günortadan sonra Muzey Meydanına toplaşaraq şəhərdə yürüş edib. Nümayişçilər azadlıq və məhdudiyyətlərin aradan qaldırılması, xüsusən də karantin rejiminin ləğvi, mağaza və kafelərin açılması tələbləri ilə çıxış ediblər.

Hüquq-mühafizə orqanları ilə toqquşmaya səbəb isə bəzi etirazçıların hakimiyyətin nümayişçilər üçün müəyyən etdiyi marşrutdan kənara çıxmaq istəməsi olub.

Polis əməkdaşları etirazçılara qarşı mühafizə itlərindən istifadə ediblər./oxu.az