Dünya

Norveçin Baş naziri: “Ukraynaya maliyyə dəstəyini artıracağıq”

Norveçin Baş naziri: “Ukraynaya maliyyə dəstəyini artıracağıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Norveç hakimiyyəti infrastrukturun bərpasına daha çox vəsait yönəltməklə Ukraynaya maliyyə dəstəyini artırmağı planlaşdırır”.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Styore parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Norveç Ukraynaya 1 milyard dollardan çox mülki və hərbi yardım göstərib: “Zərər görmüş infrastrukturun təmiri və yenidən qurulmasına daha böyük töhfə verəcəyik”.

Xatırladaq ki, daha əvvəl Norveçin müdafiə naziri Byorn Arild Qram bildirmişdi ki, “Leopard 2” tanklarının ölkəsindən Ukraynaya çatdırılması martın sonunda baş tuta bilər.