Cəmiyyət

Növbəti “patı” əməliyyatı Lənkəranda: Yeddi nəfər saxlanıldı – FOTO

Növbəti “patı” əməliyyatı Lənkəranda: Yeddi nəfər saxlanıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş Sadıq Sadıqov 1 bükümdə heroin və 1 bükümdə metamfetamini Lənkəran sakini, əvvəllər məhkum olunmuş Emin Kərimova satarkən Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən saxlanılıblar.

S.Sadıqovun üzərindən əlavə olaraq 4 bükümdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Onun həmin narkotik vasitələri rayon sakini, əvvəllər məhkum olunmuş Rəşadət Alxasovdan əldə etdiyi müəyyən edilib. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Digər saxlanılan Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayevin üzərindən ümumilikdə 20 bükümdə heroin, metamfetamin və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.