Ölkə

Növbəti səyyar qəbul Ləcət kəndində keçirildi – FOTOLAR

Növbəti səyyar qəbul Ləcət kəndində keçirildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləridə iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir neçə məsələnin həlli ilə bağlı təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Hüseyn
7Times.az