Ölkə

O məşhur postun YENİ GÖRÜNTÜLƏRİ yayıldı – VİDEO

O məşhur postun YENİ GÖRÜNTÜLƏRİ yayıldı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin qorxduğu məşhur Azərbaycan postunun GÖRÜNTÜLƏRİ yayıldı – VİDEO

İrandan Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə qanunsuz yüklərin daşınmasının qarşısının alınması ilə bağlı polisin qurduğu postdan videogörüntülər yayılıb.  “Qafqazinfo” xəbər verir ki, görüntülərdə artıq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının Gorus-Qafan yolu üzərində qurulan postda xidmət etdiyi məlum olur. Həmin postda beton lövhələrlə ziqzaqvari maneələr yaradılıb. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.  Məlumata görə, maşınların daşıdığı yüklər yoxlanıldıqdan sonra onların hərəkətinə icazə verilir. İçərisində qadağan olunmuş yüklər olan avtomobillər geri qaytarılır.  Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı.  Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.