Aktual

“O yerləri Allah idarə eləmir” – Aysel Əlizadə

“O yerləri Allah idarə eləmir” – Aysel Əlizadəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Spirtli içkilərə xərclənən pulların statistikasını görən kimi dünyadan başı çıxmayan “Allah adamları” tez sevinib bizə söz dürtürlər – “Heç bunu deməzsiniz, ziyarətgahlara gedən pullardan danışarsınız yalnız””.
Sfera.az bildirir ki, bunu yazıçı Aysel Əlizadə deyib. O, yenidən ziyarətgahların kiminsə obyekti olduğunu xatırladıb:
“İlk dəfə bu mövzunu konkret belə dilə gətirmişəm: Ziyarətgahlar kimlərinsə obyektləridir. Hətta nəzəri olaraq sübut edə bilərəm. O yerləri Allah idarə eləmir. Statistikaya gəldikdə, bu rəqəmlərin cəmini vurun 10-a Həcc ziyarətinə xərclənən pulları gətirin gözünüzün önünə. Yenə içki belədir ki, hamı zərərli olduğunu deyir, kimsə Allahın adıyla satmır. Siqaret satanlar üstündə qeyd edir: Ziyandır! Bütün efirlərdə görünməz edilir”.
Yazıçı qeyd edib ki, hamı bunun konkret biznes olduğunu bilir: “Gerisi insanın özünə qalır. Daha demirlər gəlin şeytana daş atın, düzələcək”.
Xatırladaq ki, sözügedən statistikaya əsasən, ötən il ərzində Azərbaycanda insanlar spirtli içkilərə 431 milyon pul xərcləyib.