Ölkə

Odlu silah-sursat gizlədən şəxs saxlanıldı

Odlu silah-sursat gizlədən şəxs saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan və rayon ərazisində odlu silah-sursat gizlədən şəxslər saxlanılıblar.

 

Bu barədə 7Times.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib.

 

Keçirilən tədbir zamanı Ağdaş rayon sakini Əli Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və avtomat patronları aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun rayon ərazisində gizlətdiyi atəşə yararlı lüləsi və qundağı kəsilmiş tüfəng, 100 ədəd avtomat patronu, “Kalaşnikov” markalı silaha məxsus daraq , eləcə də 155 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Rəsul Alməmmədov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan marixuana aşkar olunub.

Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanı