Ölkə

Oktyabrın 10, 11 və 12-si ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ!

Oktyabrın 10, 11 və 12-si ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək.

 

Bu barədə 7Times.az -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib.

 

“Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) 10-12 oktyabr tarixlərində Yerə çatacaq. Günəş aktivliyinin 11-12 oktyabr tarixinədək yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır. Yaranan Günəş qasırğaları (S1-S2 – nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək. Sonrakı periodda fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyəcanlaşmış vəziyyətdə olacaq”.

 

Bildirilib ki, tac kütlə atılmalarının təsiri 10-12 oktyabr tarixlərində hiss ediləcək:

 

“Oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsi ilə qeydə alınacaq. 10-11 oktyabr tarixlərində Yerin geomaqnit sahəsi həyəcanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər”.