İdman

“Olimpiakos” “Neftçi” ilə matçlara ciddi yanaşmalıdır”

“Olimpiakos” “Neftçi” ilə matçlara ciddi yanaşmalıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zirə”nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias paytaxt təmsilçisinə keçidi və “Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la (Yunanıstan) qarşılaşacağı matçlar barədə danışıb.

7Times.az xəbər verir ki, ötən ildən Premyer Liqa klubunda çıxış edən 26 yaşlı müdafiəçi Sport-fm.gr-a açıqlamasında əvvəlcə “Zirə”yə gəlmək üçün tərəddüd etsə də, daha sonra Azərbaycan və paytaxt Bakını bəyəndiyini bildirib:

“Zirə”yə keçməzdən əvvəl Bolqarıstanın “Çerno More” klubu ilə bir illik müqaviləm var idi. Mənə maraq göstərdilər, “Çerno More” ilə danışdılar və transfer gerçəkləşdi. Azərbaycanı yaxşı tanımırdım. Ancaq buraya gələndə yaxşı ölkə və gözəl Bakını gördüm. Azərbaycanlılar isə çox gözəl insanlardır. “Zirə”dən təklif gələndə Anastasios Papazoğlu ilə (“Zirə”də oynayan həmyerlisi) məsləhətləşdim. O, bu komanda haqqında çox xoş sözlər söylədi”.

Çantakias “Olimpiakos”la “Neftçi” arasında keçiriləcək görüşlər barədə danışarkən isə Azərbaycan təmsilçisinin güclü olduğunu bildirib:

“Bu komandaya qarşı dəfələrlə oynamışam. Azərbaycan Kubokunda onları mübarizədən kənarlaşdırdıq. 2020/2021 mövsümündə “Neftçi”yə cəmi bir dəfə məğlub olduq. “Olimpiakos” ehtiyatlı olmalı və rəqibin əks hücumlarına diqqət yetirməlidir. “Neftçi”də Sabiq Buqrinə xüsusi diqqət ayrılmalıdır. Sezar Meza Kolli isə olduqca təhlükəlidir. “Olimpiakos” favoritdir, amma rəqibə ciddi yanaşmalıdır”.

Qeyd edək ki, “Neftçi” ilə “Olimpiakos” arasında ilk matç sabah Yunanıstanda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə iyulun 28-i “Bakcell Arena”da oynanılacaq. Bu matç 21:00-da start götürəcək.