Sağlamlıq

“Omicron” ştamı ilə bağlı yeni AÇIQLAMA: “Xəstəliyi ağır keçirməmək üçün…”

“Omicron” ştamı ilə bağlı yeni AÇIQLAMA: “Xəstəliyi ağır keçirməmək üçün…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Omicron” ştamı və qazanılmış immunitetlə bağlı növbəti önəmli tədqiqatın nəticələri açıqlanıb.
7times.az sfera.az-a istinadən bildirir ki, “Pfizer” peyvəndi vurulandan sonra “Omicron”a qarşı T-hüceyrələrin cavabının gözlənildiyi kimi yuxarı səviyyədə qaldığı qeyd olunub.  “CD4 – T-hüceyrə reaksiyasında ardıcıl azalma olsa da, cavabın 70%-i qorunub saxlanılır. Bu da xəstəliyi ağır şəkildə keçirməməkdə vacib rol oynayır”, deyə məlumatda bildirilib.
Həmçinin bununla, peyvənddən öncə virusa yoluxanların üstünlüyünün bir daha sübut edildiyi vurğulanıb:
“Bütün bunlar bir daha onu deməyə əsas verir ki, effektiv peyvəndlərlə aparılan strategiya elmi əsaslıdır və bu, bu gün sizi ağır kliniki gedişatlardan qoruyacaq ən effektli yoldur”.