Maqazin

“Onlar “qıjı”dılar” – Səidə təhqir etdi

“Onlar “qıjı”dılar” – Səidə təhqir etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O beş xanım müğənni gərək yaxşı mahnılar oxusunlar. Kafe musiqiləri oxumaq lazım deyil. Sex işçisi yox, əsl musiqiçi olmaq lazımdır. Onların təkcə oxuduğu mahnılarda yox, görüntüdə belə problem var. Zövqsüzlük, “qıjı”lıqdır”.

7Times.az  xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Həmin Zaur” verilişində deyib. Sənətçi aparıcı Zaur Kamalın “Efirdə olan o beş qızın oxuduğunu Səidə oxusaydı, onlara elə ad qoymazdılar” sualına belə cavab verib:

“Onları düzəltmək mümkün deyil. Çünki onlar elə doğulublar. Təbiətləri elədir. Onların xarici görkəmlərini nə qədər düzəltsən də, daxillərində “qıjılıq” var. O beş xanım müğənnilərin dünyaya baxış pəncərələri kiçikdir. Elə bilirlər ki, onları tək azərbaycanlılar görür”.

Səidə ad çəkməsə də sosial şəbəkədə onun bu sözləri müğənnilər Şəbnəm Tovuzlu, Damla, Nəfəs, Zeynəb Həsəni və Vəfa Şərifovaya ünvanladığı iddia edilib.

Qeyd edək ki, Səidə bundan əvvəl Vəfa və Şəbnəmlə qalmaqal yaşayıb.

Axşam.az