Ölkə

“Onlar sülhmərmalı deyil, erməniməramlıdırlar” – POLİTOLOQ

“Onlar sülhmərmalı deyil, erməniməramlıdırlar” – POLİTOLOQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu məsələ Azərbaycana çoxdan məlumdur. Biz bunu əvvəl Şərqi Zəngəzurda İran maşınlarını dayandıraraq gömrük haqqı alandan sonra bildik. Bundan sonra Ermənistan İran maşınlarını başqa yoldan keçirməyə davam etdi. Dağlıq Qarabağ ərazisinə keçdikdən sonra isə maşınların nömrələri, Ermənistan nömrələrinə dəyişdirildi”.

Bunu politoloq Qabil Hüseynli “7Times.az”a açıqlamasında deyib. O vurğulayıb ki, bütün bu hallar xüsusən 10 noyabr sazişinim bütün müddəalarının pozulması deməkdir. 

“Hələ ki, yeganə imkanımız bununla bağlı İrana etiraz etməkdir. Etirazımızı da etmişik. İranın danışıqları da yalandır. Nə söz versələr yerinə yetirmirlər. Yeganə çıxış yolu ondan ibarətdir ki, Qarabağda suverenliyimizi bərpa edək,  oradakı separatçıları nəzarət altına alaq və bütün ərazilərə özümüz nəzarət edək. Onlar sülhmərmalı deyil, erməniməramlıdırlar. Sülhməramlılardan kəramət gözləmək, özünü aldatmaq deməkdir. Onlar yalnız Rusiyanın tapşırıqlarını yerinə yetirir, Ermənistanın yanında olduqlarını göstərirlər. Yəgin ki, güc yol ilə danışmaq lazım gələcək. Erməni separatçılarının müəyyən hissəsi ilə qeyri-rəsmi əlaqə qurulub. Bu, rəhbərlik səviyyəsində deyil, icmanın adi insanları səviyyəsindədir. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən insanlarla təmaslar olub. Onlar vasitəsilə proseslərə təsir etməyə çalışacağıq. Əsas məsələ bu qüvvələrin separatçı liderlərdən təcrid edilməsidir. Buna da hələ ki, nail ola bilmirik. Azərbaycanın əsas məqsədi suveren ərazilərinə nəzarət etməkdir”.