Ölkə

Onlara torpaq hərracsız veriləcək

Onlara torpaq hərracsız veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət-özəl tərəfdaşlığı layihələri üçün torpaqların verilməsi qaydası müəyyənləşir

7Times.az xəbər verir ki, məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi məqsədilə tələb olunan torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi üçün həmin torpaqlar açıq hərrac və ya müsabiqə keçirilmədən dövlət mülkiyyətinə və ya icarəsinə verilə biləcək. Həmçinin zərurət yarandıqda dövlət mülkiyyətində olan torpaq sahələri özəl tərəfdaşa icarəyə veriləcək.

Qanun layihəsi ilə əlaqədar Torpaq Məcəlləsinə, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara uyğunlaşdırıcı dəyişikliklər təklif olunur.

Bundan başqa, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dövlət-özəl tərəfdaşlığı müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi hallarını nəzərdə tutan yeni müddəanın əlavə edilməsi təklif edilir.

Layihədə həmçinin özəl tərəfdaş üçün dövlət dəstəyi kimi tənzimlənən qiymətlərin səviyyəsinə dair təminatların verilməsi də nəzərdə tutulur.